"Eurovision"dan sonra onların çıxışlarının 1 saatı 22 min avrodur
"Eurovision 2012" mahnı müsabiqəsi Rusiyanı təmsil edən "Buranovskiye Babuşki" qrupuna yaman düşüb. Rusiya mətbuatı yazır ki, ikincilik gətirən "Party for everybody! Dance!" mahnısı nənələrin reytinqini yüksəldib. Ən əsası isə bu mahnı bayramından sonra "Buranovskiye Babuşki" çıxışlarını 17 min avro bahalaşdırıblar. İndi nənələrin 1 saat çıxışları 22 min avroyadır. Rusiya mətbuatı yazır ki, artıq bu 22 min avro təəccüblə qarşılanmır, çünki nənələr "Eurovision-2012"dən "gümüş"lə qayıdıblar. Amma bir il bundan öncə onlar 5 min avroya oxuyurdular. Seçim turundakı qələbələrindən sonra onların qiyməti 11 min avro qalxdı, indi isə 2 dəfə bahalaşıb.
Daha sonra qeyd edilir ki, "Buranovskiye Babuşki" müsabiqədən qalib kimi qaytısalar da, onlar ulduz xəstəliyinə tutulmayıblar. Hətta onların mətbuat katibi Svetlana Sırıqina bildirib ki, nənələr hələlik jurnalistlərlə görüşməyə həvəsli deyillər.
Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsindən qayıdan nənələrə kəndliləri isə sürpriz hazırlayıblar. Belə ki, nənələrin çoxdan arzuladıqları kilsə tikintisinə start verilib. "Buranovskiye babuşki" bu kilsənin inşası üçün 1,5 milyon rubl qazana biliblər. Lakin bu məbləğ kifayət etmir. Tikinti üçün 4 milyon lazımdır ki, bunun 1 milyonunu Udmurti hökuməti ayıracaq. Ona görə də "Buranovskiye babuşki" səfərlərdən imtina etmirlər. Artıq onların konsertlərini ölkənin bir neçə agentliyində sifariş vermək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB