“Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr festivalı çərçivəsində daha bir tamaşa
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" Milli Teatr festivalı çərçivəsində daha bir tamaşanın premyerası keçirilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xəsislik, tamahkarlıq, ikiüzlülük, yaltaqlıq, qorxaqlıq kimi mənfi sifətlərin tənqid olunduğu "Hacı Qara"nın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam Altay Seyidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır.
İki baş qəhrəman – Hacı Qara və Heydər bəy xətti üzrə inkişaf edən səhnə əsəri hər iki obrazın zəmanədən gileyi, pulsuzluqdan şikayəti ilə başlayır. Bu iki obrazı birləşdirən cəhət qısa zamanda pul qazanmaq istəyidir.
Tamaşada rolları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Rahib Əliyev, aktyorlar Manaf Dadaşov, Ceyhun Məmmədov, Şəbnəm Hüseynova, Eşqin Quliyev, Elşən Şıxəliyev, Elşən Çarhanlı, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Eldar İmanov, Anar Seyfullayev, Ələsgər Qurbanəliyev, Sərvər Əliyev, Natiq Fərzəliyev, Bəxtiyar Kərimov, Müşfiq Əliyev və başqaları canlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə