Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunan "Mədəniyyətimizin hamisi" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində ümummilli liderin 1972-ci ildə Xalça Muzeyinin açılışında və 1983-cü ildə "Şərq xalça sənəti" üzrə I Beynəlxalq simpoziumda iştirakını, eləcə də müxtəlif sənətkarla görüşlərini əks etdirən "Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti" mövzusunda foto- sərgi təşkil olunub. Bununla yanaşı, tamaşaçılara mövzu ilə bağlı mühazirə oxunub.
Tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xalça sənətinə göstərdiyi böyük diqqət və qayğı haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd edək ki, tədbirdə Daxil Qoşunların əsgərləri və Heydər Əliyev adına hərbi məktəbin kursantları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB