Gürcüstan Junior Eurovision 2012-də təmsilçi seçimlərinə başlayıb

Gürcüstan Junior Eurovision 2012-də təmsilçi seçimlərinə başlayıb. SİA-nın məlumatına görə, sənədlər iyunun 29-dək qəbul olunur. Qaydalara əsasən, Milli Seçimlərdə 10-15 yaşlarında şəxslər iştirak edə bilər. Seçimlərin birincisi ölkəni bu ilin dekabrında Amsterdamda keçiriləcək \"Junior Eurovision\"da təmsil edəcək.


Qeyd edək ki, Gürcüstan uşaqlar arasında keçirilən bu yarışmada iki dəfə qalib olub. \"Junior Eurovision\"da iki dəfə iştirak edən Gürcüstan birinci qələbəsini 2008-ci ildə qazanıb. O zaman \"Wasps\" qrupu \"Blue Bird\" mahnısı ilə birinci olub. İkinci qələbə isə 2011-ci ildə əldə edilib. Həmin vaxt ölkənin bu yarışmada təmsilçisi \"Gandy\" qrupu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə