57-ci Eurovision Mahnı Müsabiqəsi ərəfəsində şəhərimizə gələn çoxsaylı qonaqlar sırasında Avropanın bu nüfuzlu şousunun 1992-ci ildəki qalibi Linda Martin də vardı. İrlandiya nümayəndə heyəti ilə birlikdə şəhərimizdə olan Linda Bakıdakı iki həftə ərzində milli mətbəximizlə, tarixi-memarlıq abidələrimiz, o cümlədən qədim İçərişəhərlə tanışlıq fürsəti qazandı.


SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, o, yarışma səhnəsinə yenidən qayıtmağı da nəzərdən keçirir. \"Mister Eurovision\" ləqəbli Johnny Loganın \"Why me?\" mahnısı ilə 1992-ci ildə qalib olan Linda Martin bəstəkardan yeni kompozisiya təklifi gözləyir. Müğənni Bakı şousu və paytaxtımıza səfərlə bağlı təəssüratlarını bölüşüb.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...