Nazir onu da qeyd edib ki, son günlərdə respublikanın bütün rayonlarında, o cümlədən şairin anadan olduğu Şamaxıda geniş tədbirlər keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Sabir yaradıcılığının bənzərsizliyindən söz açaraq vurğulayıb ki, onun əsərləri bütün zamanlarda öz aktuallığını qoruyub saxlayacaq: \"Təkcə ölkə daxilində cərəyan edən ictimai-siyasi hadisələrin təsvirində deyil, mühüm beynəlxalq hadisələrə münasibətdə də Sabir şeiri ideya-bədii təsiri gücünü, müasirlik və aktuallıq keyfiyyətlərini tamamilə saxlamışdır. Sabir poeziyası ideya-mövzu, janr və sənətkarlıq xüsusiyyətlərinə görə çox zəngindir\".
Tədbirdə ədibin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub və gənc muğam ifaçılarının çıxışı dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB