Azərbaycan \"Eurovision- 2012\" mahnı müsabiqənin dördüncüsü oldu
Final mərhələsində Böyük Britaniyanı təmsil edən Engelbert Hamperdink, Macarıstandan "Compact Disko" qrupu, Albaniyadan Rona Nişliu, Litvadan Donny Montell, Bosniya və Hersoqovina Maya Sar, Rusiyadan "Buranovskiye babuşki", İslandiyadan Greta Salome & Jonsi, Kiprdən İvi Adamiu, Fransadan Anqun, İtaliyadan Nina Zilli, Estoniya Ott Lepland, Norveç Tooji, Azərbaycandan Səbinə Babayeva, Rumıniyadan "Mandinga", Danimarkadan Soluna Samay, Yunanıstandan Eleftheria Eleftheriou, İsveçdən Lorin, Türkiyədən Can Bonomo, İspaniyadan Pastora Soler, Almaniyadan Roman Lob, Maltadan Kurt Kalleya, Makedoniyadan Kaliopi, İrlandiyadan "Jedward", Serbiyadan Zeljko Yoksimoviç, Ukraynadan Qaytana, Moldovadan Paşa öz perfomanslarını nümayiş etdiriblər.
Səbinə Babayeva səhnəyə Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımovla birgə səhnəyə çıxması və "When the music dies" mahnısını mükəmməl səsi ilə ifa etməsi zaldakı bütün tamaşaçıları ayağa qaldırıb.
Hər iki yarımfinalda olduğu kimi, final şousunda da "Baku Crystal Hall" hər ölkənin öz bayrağında işıqlandırılıb. Hər ölkənin çıxışından əvvəl isə Azərbaycanı tərənnüm edən postkartların nümayişi maraqla qarşılanıb. Final şousu müsabiqəni işıqlandıran jurnalistlərin çalışdığı Mətbuat Mərkəzində də çoşğu yaşanıb.
Azərbaycanlı bəstəkar-müğənni Eminin interval aktında çıxışı isə yaddaşlara həkk olunub. Onun ifasından əvvəl Müslüm Maqomayevin bəstəsi olan "Azərbaycan" mahnısı səsləndirilib, həmin mahnının altında bütün zal da "Eurovison 2012"nin şüarı olan "Light your fire"a uyğun olaraq odlarla işıqlandırılıb. Emin bu odların işığında səhnəyə yüksəklikdən düşüb və yaddaqalan ifa nümayiş etdirib. Eminin ifasının sonunda səhnəyə Azərbaycanın üç rəngli bayrağı gətirilib.
Səslərin açıqlanması üçün canlı bağlantılar zamanı ölkələrin təmsilçilərə verdikləri səslər elan edilib. Azərbaycandan səsləri Eurovision 2010 təmsilçimiz Safura Əlizadə açıqlayıb. Onunla yanaşı digər ölkələrdən səsləri elan edənlər arasında da Eurovision yarışmasından tanıdığımız simalar olub. Belə ki, Finlandiyanın səslərini 2006-cı ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi olan \"Lordi\", Belarusun səslərini isə 2007-ci ildə bu ölkəni təmsil edən Dmitriy Kaldun, Fransadan isə nəticələri Eurovision 2011 təmsilçisi Amauri Vassili açıqlayıb.
Müsabiqənin qalibi olan İsveç təmsilçisi Lorinə Eldar Qasımov və Nigar Camal tərəfindən Eurovision-un triumf mikrofonu təqdim edilib. Sonda Lorin öz müsabiqə mahnısı olan "Eupohiria"nı "Baku Crystal Hall" səhnəsində ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB