\"Özümü çox xoşbəxt hiss edirəm. Hər birinizə mənə inandığınıza görə təşəkkür edirəm\". SİA-nın məlumatına görə, bunu \"Eurovision- 2012\"-nin qalibi Lorin \"Bakı Kristal Zalı\" səhnəsindəki qələbəsindən sonra media nümayəndələri ilə görüşündə bildirib. Mətbuat konfransında çıxışı zamanı o, qalibiyyətinə görə çox xoşbəxt olduğunu bildirib.
Mətbuat konfransının gözlənilməz qonağı isə müğənninin anası olub. Şəmsətəl-Haui adlı bu xanım əslən Mərakeşlidir. Anası qalib qızını təbrik etdikdən sonra zalı tərk edib.
Jurnalistin \"Sizdən Azərbaycan haqqında necə ölkədir soruşsalar nə cavab verəcəksiniz?\" sualına isə Lorin belə cavab verib: \"Deyəcəm ki, onların çox dadlı mətbəxi və gözəl insanları var!\"
\"Mənim əyləncəm dadlı yemək, sevdiyim insanların əhatəsində olmaq və yaxşıca yatmaqdır\",- deyə təmsilçi əlavə edib.
Lorin həmçinin 17 rəqəminin onun üçün uğurlu olduğunu da deyib.
Mətbuat konfransında həmçinin \"Eurovision\" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand yarışmanın gələn il İsveçdə keçirilməsini təsdiqləyən sənədləri Lorinə təqdim edib. \"Sizi iyun ayında Cenevrəyə dəvət edirik. Orada qarşıdakı müsabiqə haqqında daha ətraflı müzakirələr olacaq\". Bunu deyən Yan Ola Sand son bir neçə ildə İsveçin böyük səylə Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi etmək uğrunda səy göstərdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB