Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən mərakeşli olan Lorin İsveçin \"İdol 2004\" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə \"My Heart is Refusing Me\" mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.
Məlumat üçün bildirək ki, təmsilçi \"Bakı Kristal Zalı\"n səhnəsində də məhz 17-ci nömrə altında çıxış edirdi.
Səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutub.
Azərbaycan isə ilk beşlikdə yer alıb. Ölkəmiz 150 xalla dördüncü yeri tutub. Azərbaycana 12 bal Ukrayna, Malta, Türkiyə və Litva ölkələrindən gəlib.
İlk onluqda olan ölkələr:
1. İsveç
2. Rusiya
3. Serbiya
4. Azərbaycan
5. Albaniya
6. Estoniya
7. Almaniya
8. Türkiyə
9. İtaliya
10. İspaniya
Gələn ilki 58-ci Eurovision mahnı müsabiqəsinə məhz İsveç ev sahibliyi edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB