\"Lordi\", Dmitriy Kaldun və Amauri Vassili \"Eurovision 2012\" şousunda

\"Lordi\", Dmitriy Kaldun və Amauri Vassili \"Eurovision 2012\" şousunda
Bir qədər sonra Eurovision Mahnı Müsabiqəsi 2012-nin qalibi bəlli olacaq. SİA-nın məlumatına görə, Azərbaycanın ev sahibliyi etdiyi möhtəşəm müsabiqə artıq başa çatır. Bir qədər sonra yekunlaşacaq səsvermə zamanı şouda iştirak edən 42 ölkə ilə canlı bağlantı olacaq. Bu canlı bağlantılar zamanı ölkərin təmsilçilərə verdikləri səslər elan ediləcək.


Azərbaycandan səsləri \"Eurovision- 2010\" təmsilçimiz Safura Əlizadə açıqlayacaq. Onunla yanaşı digər ölkələrdən səsləri elan edənlər arasında da Eurovision yarışmasından tanıdığımız simalar var. Belə ki, Finlandiyanın səslərini 2006-cı ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi olan \"Lordi\", Belarusun səslərini isə 2007-ci ildə bu ölkəni təmsil edən Dmitriy Kaldun, Fransadan isə nəticələri \"Eurovision 2011\" təmsilçisi Amauri Vassili açıqlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə