Səbinə Babayeva: “Eurovision” mahnı müsabiqəsini siyasiləşdirmək düzgün deyil\" - FOTO

"Eurovision" mahnı müsabiqəsini siyasiləşdirmək düzgün deyil. Çünki bu siyasi yox, bir musiqi yarışmasıdır\". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycanın 57-ci \"Eurovision\" müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva "Ermənistana hər hansı mesaj göndərmək istəyirsinizmi" sualına cavab olaraq deyib.

Mətbuat konfransında final şousuna vəsiqə qazanmayan 16 ölkəyə görə, məyus olduğunu deyən təmsilçimiz, onların çox gözəl şou nümayiş etdirdiklərini deyib.


S. Babayeva Ermənistanın builki yarışmada iştirak etməməsinə görə, məyus olub-olmaması barədə verilən suala isə belə cavab verib: \"Bu il Polşa da müsabiqədə iştirak etmir. Sözsüz ki, iştirak etməyən ölkələrə görə məyusam\".


O, çıxışında Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink haqqında da fikirlərini bölüşüb: \"Bu cür dünya şöhrətli ifaçı ilə eyni səhnəni bölüşmək hər bir gənc musiqiçi üçün böyük şərəfdir. Bu da onu göstərir ki, Engelbert həyatında qazandığı uğurlardan dolayı özünü heç də ulduz kimi aparmır. Bu isə onu hamıya sevdirir\".

Mətbuat konfransında Səbinəyə onun \"When The Music Dies\" mahnısının Afrika versiyası təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə