Onun sözlərinə görə, finala 1 gün qaldığına görə çox həyəcanlıdır. Təmsilçi həmçinin rusiyalı müğənni dostu Filipp Kirkorovdan söz açıb: \"O, mənə rus dilini öyrədib və mənə bəzi tövsiyyələr verib. Onunla çox yaxından dostluq edirik.
Bununla yanaşı, Engelbert Hamperdink vaxtilə dost olduğu dünya şöhrətli müğənni Elvis Presleydən \"kömək\" istəyib. O, mətbuat nümayəndələrinə vaxtilə elvislə dost olduqlarını tərənnüm edən boyunbağını nümayiş etdirib: "Bu boyunbağını mənə uğur gətirsin deyə Elvis Presley bağışlayıb. Mən bunu daima cibimdə gəzdirirəm. Elvis Presley belə boyunbağıları ən yaxın dostlarına hədiyyə edərdi. Bu boyunbağı sabah da mənim cibimdə olacaq".
O, ölkəsini "Eurovision" müsabiqəsində təmsil etməkdən məmnunluq duyduğunu ifadə edib. Məşhur müğənni Azərbaycanı bu müsabiqədə təmsil edən Səbinə Babayeva və İrlandiya təmsilçiləri "Jedward" qardaşları ilə görüşdüyünü deyib və təmsilçimizin möhtəşəm səsə malik olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB