İsveç təmsilçisi Loren: \"Müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm\"

"Mən bu gün müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm. Ona görə də bu suala cavab vermək istəmirəm, çünki biz burda musiqi yarışmasındayıq. Burada ancaq səhnə göstərməyə gəlmişəm". SİA-nın məlumatına görə, bunu İsveç təmsilçisi Lorin "Sizin bu ölkədə müxalifət təmsilçiləri ilə görüşünüz olubmu? Görüşdə məqsəd və müzakirə mövzusu nə olub?" sualına cavab olaraq deyib.


Lorin hazırda fikrini yalnız çıxışına yönəltdiyini də vurğulayıb. O, dost olduğu Norveç təmsilçisi Tooji ilə, eyni zamanda digər təmsilçilərlə eyni səhnəni bölüşəcəyindən məmnunluğunu ifadə edib: "Burada qalib olmaq əsas deyil, yarışmada əsas layiqli iştirak etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə