4 ildən sonra ilk dəfə finalda

Dünən Eurovision 2012-nin ikinci yarımfinalında finala keçən ölkələr arasında Makedoniya da var. SİA-nın məlumatına görə, şoudan sonra mətbuat konfransına qatılan Makedoniya təmsilçisi Kaliopi belə deyib ki, ölkəsi son 4 ildə ilk dəfədir ki, finala keçir. Daha sonra zalda əyləşən keçmiş həyat yoldaşına - müsabiqədəki mahnısının bəstəkarına təşəkkür edib: \"Sən bu mahnı ilə məni və bir çoxlarını xoşbəxt etdin\".


Kaliopi Azərbaycanda keçirilən Eurovision Mahnı Müsabiqəsinin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib və təşkilatçılığa görə minnətdarlığını ifadə edib.


Xatırladaq ki, Kaliopi Bukle Balkanlarda məşhur müğənnilərdəndir. O, vətənində 100-dən çox konsert verib, teatr və filmlərdə çıxış edib. Müğənni müsabiqədə "Crno i Belo" mahnısı ilə çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə