Azərbaycan musiqisində qəzəl janrının yaranmasının 70 illiyi qeyd edilib

Azərbaycan musiqisində qəzəl janrının yaranmasının 70 illiyi qeyd edilib

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan musiqisində qəzəl janrının yaranmasının 70 illiyinə həsr olunan konsert təşkil edilib. SİA-nın Azərbaycan bəstəkarlarının qəzəl janrında yazılan əsərlərindən ibarət konserti açıq elan edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Şərqdə qəzəl janrının ilk dəfə klassik musiqidə məhz Azərbaycan bəstəkarları tərəfindən istifadə olunduğunu qeyd edib: "Musiqidə bir neçə janr var ki, məhz ilk dəfə Azərbaycanda yaranıb. Qəzəl janrından da ilk dəfə Azərbaycanda istifadə olunub. Lakin son zamanlar bu janr sanki yaddan çıxıb. Ona görə də Azərbaycan Bəstəkarlar İttifaqı belə bir tədbirin keçirilməsi barədə qərar qəbul etdi. Sentyabr ayında isə qəzəl janrı ilə bağlı beynəlxalq konfrans keçirməyi planlaşdırırıq".

Daha sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları xalq artisti Əvəz Abdullayev, əməkdar artist Anar Şuşalı, tanınmış müğənnilər Ramil Qasımov, Azər Rzayevin ifasında Uzeyir Hacibəylinin "Sənsiz" (soz. Nizami Gəncəvi), "Sevgili canan" (soz. Nizami Gəncəvi) əsərlərini dinləyiblər.

Xalq artisti Xuraman Qasımova Vasif Adıgözəlovun Xurşud Banu Natavanın sözlərinə bəstələdiyi "Qərənfil" əsərini ifa edib. İfaçıları royalda Beynəlxalq musabiqə laureatı Zuleyxa Bayramova müşayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə