Bu gün \"Eurovision 2012\"nin I yarımfinalında 18 ölkə mübarizə aparacaq

Bu gün \"Eurovision 2012\"nin I yarımfinalı nümayiş olunacaq. SİA-nın məlumatına görə, bu gün Avropa izləyicisi ilk əvvəl Bakı gecələrinin görüntüsünü görəcək. İlk olaraq Bakı gecələrinin, o cümlədən \"Bakı Kristal Zalı\"nın görüntüsü təqdim olunacaq. Bu gün 18 ölkə finala keçmək uğrunda mübarizə aparacaq. Həmin ölkələr Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyadır. Adıçəkilən ölkələr artıq ilk məşqlərini uğurla başa vurublar.


Bütün xəbərlər Facebook səhifəmizdə