Qədim Qavaldaşı \"Eurovision 2012\" səhnəsinə gətirildi

Qədim Qavaldaşı \"Eurovision 2012\" səhnəsinə gətirildi
\"Eurovision 2012\" səhnəsinə Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı çıxarılıb. SİA-nın məlumatına görə, bu gün \"Eurovision 2012\"-nin ilk yarımfinalında nümayiş olunacaq interval aktının da məşqi olub.


Qədim Qavaldaşında "Natiq" Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov ifa edib. Bu şouda Azərbaycan Dövlət Rəqs Ansamblının, eyni zamanda "Natiq" Ritm Qrupunun ifası yaddaqalan olub.

Beləliklə, tamaşaçılar "Bakı Kristal Zalı"nda mayın 21-də birinci yarımfinalın əsas məşqi zamanı, mayın 22-də isə yarımfinal şousunun canlı efirində bu möhtəşəmliyin şahidi olacaqlar.

Qeyd edək ki, mayın 22-də tamaşaçılar Azərbaycan mədəniyyətinin möhtəşəliyinin şahidi olacaqlar. Bu şouda Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın ifasındakı performans Avropa mediasının marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə