Evan Spens: “Azərbaycan muğamı çox sevimli və fərqli musiqidir”- Müsahibə
Avroviziya Mahnı Müsabiqəsini işıqlandırmaq üçün artıq bir neçə gündür xarici jurnalistlər Bakıdadır. Həmin jurnalistlərdən Azərbaycanın mədəniyyəti və adət-ənənələri haqda nə bildiklərini öyrənmək istədik. Belə ki, İrlandiya jurnalisti Evan Spens Muğam haqqında maraqlı fikirlərini SİA-ya müsahibəsində bildirib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Azərbaycan mədəniyyəti haqda nə deyə bilərsiniz?
- İlk olaraq Azərbaycanda belə bir mahnı müsabiqəsində iştirak etməyim məni çox sevindirir. Azərbaycan mədəniyyəti haqda çox gözəl fikirlər öyrənmişəm. Qədim ölkənin qədim muğamı haqda ilk növbədə danışmaq istərdim. Bu çox sevimli və fərqli musiqidir. Azərbaycana gəlməmişdən əvvəl də Azərbaycanın qədim musiqiləri ilə maraqlanmışam. Bura gəldikdən sonra isə, daha ətraflı məlumat almağa çalışdım. Hesab edirəm ki, Muğam bir musiqi elmidir. Həm də bu səs Avropa üçün yeni bir təravət və fərqlilik deməkdir. Azərbaycanın adət-ənənələrinin hər bir hissəsi Avropa üçün çox maraqlıdır.
- Bakıda oldunuz və insanların sizə reaksiyası necə olub?
-Çox gözəl. Bakı sakinləri bizi harda görsə, çox mehribanlıqla salam verirlər.
- Pərəstiş etdiyiniz ölkə təmsilçisi varmı?
-Bu suala cavab vermək həqiqətən çox çətindir. Mənə çox vaxt hansı ölkənin qalib gələcəyi barədə də sual verirlər, mən isə deyə bilərəm ki bu bir mahnı müsabiqəsidir. Hər şey ola bilər. Bütün iştirakçılar milli finaldan seçilib gəliblər. Hər bir iştirakçı öz ölkəsini təmsil edir. Hesab edirəm ki, musiqilərin hər biri çox gözəldir və Avropa üçün böyük əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB