Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki ilk təmsilçiləri \"EuroVillage\"də çıxış edib-VİDEO
"Eurovision-2012" Mahnı Müsabiqəsinin əsas məkanlarından biri olan \"EuroVillage\" səhnəsində konsertlərə start verilib. SİA müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, 7 gün ərzində burada yerli və xarici ulduzların konsertləri, müxtəlif əyləncə və müsabiqələr keçiriləcək.
Mayın 19-dan etibarən Dənizkənarı Milli Parkda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı ərazidə fəaliyyətə başlayan bu məkanda ötən gün DJ-lərin iştirakı ilə diskoteka təşkil olunub. Eyni zamanda Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki ilk təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə \"Day after day\" mahnısını ifa ediblər.
Qeyd edək ki, \"EuroVillage\" ərazisinə giriş tam sərbəstdir. Hər gün mütəmadi olaraq müxtəlif proqramların təşkil olunacağı bu məkan mayın 27-dək fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB