Litva təmsilçisi: \"Öz səhnə performansıma və ifama güvənirəm\"- MÜSAHİBƏ
Əsl adı Donatas Montvidas olan Donny Montell 1987-ci il, oktyabrın 22-də Vilnüsdə doğulub. Onun musiqi həyatı \"Pesnya, pesenka\" müsabiqəsindən başlayıb. Daha sonra çoxsaylı telelayihələrin qalibi olub. Belarusda keçirilən \"Slavyan bazarı\" festivalının baş mükafatını qazanıb. 2009-2010-cu illərdə Eurovision Mahnı Müsabiqəsinin seçim turlarında iştirak edib. Onun həyat devizi belədir: \"Yaratmaq, oxumaq, rəqs etmək!\". Təmsilçi müsabiqədə \"Love is blind\" mahnısı ilə çıxış edəcək. D. Montell SİA-ya müsahibəsində yarışma ilə bağlı fikirlərini bildirib.
- Müsabiqədə ifa edəcəyiniz mahnı \"Love is blind\" (Sevginin gözü kordur) adlanır. Doğurdan da sevginin gözü kordur?
-Əlbəttə
ki, insan sevməyə başladığı andan daha da pozitiv olur və gözünə pis görünən
hər şey sonradan yaxşı görünür.
- Kimisi mahnısını anasına, digəri isə sevgilisinə həsr edir. Bəs siz mahnılarınızı kimə həsr edirsiniz?
- Mahnılarımı hər
kəsə, məni dinləyən insanlara həsr edirəm. Çünki onlar üçün oxuyuram.
-Maykl Cekson sizin ən çox pərəstiş etdiyiniz müğənnidir....
- Bəli, ən sevdiyim müğənni M. Ceksondur və onun
elementləri karyeramda hiss olunur.
- Yarıışmada güclü rəqibləriniz var. Bu sizi qorxutmur ki?
- Xeyr elə də qorxmuram. Ancaq həyəcanlıyam. Düzdür, onlar daha təcrübəlidirlər, buna baxmayaraq öz səhnə performansıma və ifama güvənirəm.
- Məşqlər necə keçdi?
-Məşqlərim çox gözəl keçdi. Heç bir problemim olmadı. Kostyum məşqim oldu, sonda onu da çox bəyəndim.
- Müsabiqənin rəsmi açılışı üçün hazırlanan gecə xoşunuza gəldimi?
- Parti gözlədiyim
kimi möhtəşəm olmadı. Otelə gedən kimi çay içib yatdım.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB