Maykl Karlson: “Şəhərdə hamı bizə çox mehriban yanaşır” - Müsahibə
Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsini izləmək üçün xarici jurnalistlərin paytaxta axını davam edir. Onlar Bakıda yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Belə ki, isveçli jurnalist, həmçinin Bakıda beynəlxalq nümayəndə kimi iştirak edən Maykl Karlson SİA-ya müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Özünüz haqda məlumat verərdiniz.
- Mənim adım Maykl Karlsondur. İsveçin avroviziya fanklubundan Bakıya gəlmişəm, beynəlxalq nümayəndəyəm, həmçinin burda bloq üçün işləyirəm.
- Azərbaycan, xüsusən Bakı haqda nə deyə bilərsiniz?
- Küçələr haqda onu deyə bilərəm ki, geniş küçələriniz var. Bura doğrudan mənə surpriz görünür. Hər şey çox möhtəşəmdir, Bakı çox gözəldir. Şəhərdə hamı bizimlə dost kimi danışır. Bəzi insanlar ingilis dilində çox gözəl danışa bilməsə də zaman-zaman fikirlərimizi bir-birimizə başa sala bilirik və onların bizim bura gəlməyimizə görə çox şad olduqlarını hiss edirəm.
- İsveçdən Azərbaycan necə görünür?
- Çox gözəl. Mən bildiyim qədər Azərbaycanda İsveçdən olan insanlar o qədər də deyil. Lakin mən inanıram ki, avroviziya mahnı müsabiqəsindən sonra tamam əksinə olacaq. Bizim insanlar bura daha çox gələcək, bira bizim insanların bura gəlməyinə xüsusi qapı açılmış olacaq.
- Yemək və şirniyyatlar haqda nə deyə bilərsiz?
- Mən artıq yeməklərdən dadmışam, dadlı yeməkləriniz var. Belə yeməklərin dadına baxmamışam, çünkü İsveçdəki yeməklərdən tamam fərqlidir. Çox gözəldir, şəxsən mən xoşladım.
- Kristal Zal xoşunuza gəldimi?
- Mən bu günə qədər bir neçə dəfə \"Avroviziya\" Mahnı Müsabiqələrində iştirak etmişəm və dəfələrlə musiqi arenaları görmüşəm. Lakin həqiqətən \"Kristal Zal\"dan möhtəşəm arena görməmişdim. O çox böyükdür.
- Favorit ölkəniz varmı?
- Ölkə olaraq əlbəttə ki, ilk olaraq favorit ölkəm İsveçdir. Bundan başqa isə digər xoşuma gələn ölkə də var, bu Fransadır. Mahnı həqiqətən də xoşuma gəlir.
- Bəs, hansı ölkə ifaçısı Lorinə rəqib ola bilər?
- Mənim fikrimcə italiyalı ifaçı Nina Zilli rəqib ola bilər, lakin bu dəyişə bilər. Çünki burda çox güclü başqa rəqiblər də var. Hər şey bir neçə dəqiqədən asılıdır. Hər şey finalda məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB