Gürcüstan təmsilçisi: \"Burada özümü vətənimdə, evimdəki kimi hiss edirəm\" - FOTOSESSİYA

Gürcüstan təmsilçisi: \"Burada özümü vətənimdə, evimdəki kimi hiss edirəm\" - FOTOSESSİYA

Gürcüstanlı müğənni Anri Coxadze Bakıda keçiriləcək beynəlxalq 57-ci "Eurovision-2012" mahnı müsabiqəsindən dolayı "Bakı Kristal Zal"ında ikinci məşqini edib. SİA-nın məlumatına görə, təmsilçi məşqdən sonra ikinci dəfə yerli və əcnəbi jurnalistlərlə görüşüb.

İkinci məşqinin təəssüratlarını paylaşıb. Anri Bakıda özünü evindəki kimi hiss etdiyini deyib.

"Mən Bakıya vurulmuşam. Burada özümü vətənimdə, evimdəki kimi hiss edirəm".

Xatırladaq ki, Anri Coxadze Gürcüstanı "I am joker" mahnısı ilə təmsil edəcək. İfaçı "Bakı Kristal zal"ın səhnəsinə mayın 24-də 12 nömrə altında çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə