Bu gün \"Eurovision- 2012\"nin finalında çıxış edəcək ölkələr ilk məşqini edəcək

Bu gün \"Eurovision- 2012\"nin finalında çıxış edəcək ölkələr ilk məşqini edəcək
"Baku Crystall Hall"da "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində birbaşa çıxış etmək hüququna malik ölkələrin təmsilçilərinin məşqləri keçiriləcək.

SİA-nın məlumatına görə, bu gün Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya və qalib ölkə Azərbaycanın təmsilçiləri ilk dəfə səhnədə məşq edəcəklər. Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink, İtaliya təmsilçisi Nina Zilli və Fransa təmsilçisi Anqun artıq Bakıdadır. Bu gün həmçinin ikinci yarımfinalda çıxış edəcək ölkələrdən Sloveniya, Xorvatiya, İsveç, Gürcustan və Türkiyə təmsilçiləri ikinci məşqlərini edəcəklər.


Məşqlərdən sonra isə ancaq Almaniya və Fransa təmsilçisi mətbuat konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə