Sumqayıt Dram Teatrı yeni tamaşa hazırlayır - FOTO

Sumqayıt Dram Teatrı yeni tamaşa hazırlayır - FOTO

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrında M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" əsəri əsasında tamaşa hazırlanır. Sumqayıt Dram Teatrından SİA-ya verilən məlumata görə, əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada respublikanın əməkdar artisti Fəranə Musayeva, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, İlham Səfərli, Cəlal Məmmədov və başqaları çıxış edir.

Qeyd edək ki, tamaşa ölkə Prezidenti İlham Əliyevin M.F.Axundovun 200 illiyi ilə bağlı verdiyi sərəncam çərçivəsində hazırlanır. Tamaşanı iyun ayına planlaşdırılan Axundov əsərləri festivalında nümayiş olunması nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə