Malta təmsilçisi mətbuat konfransında jurnalistlər üçün rəqs edib

Malta təmsilçisi mətbuat konfransında jurnalistlər üçün rəqs edib

Maltanın "Eurovision-2012" təmsilçisi Kurt Kalleya "Bakı Kristal Zal"ındakı ilk məşqini başa vurub. SİA-nın məlumatına görə, müğənni onun üçün ayrılan vaxtda jurnalistlərə açıqlama verərək bildirib ki, "Eurovision-2011" qaliblərindən olan Eldar Qasımovla duet oxuyacaq.

"Bakı Kristal Zal"ı möhtəşəmliyi ilə məni heyran etdi. Ümid edirəm ki, çıxışım zamanı zaldakılar məni dəstəkləyəcək. Oxuyacağım mahnı oynaqdır, əminəm ki, ifam zamanı hamı bir nəfər kimi rəqs edəcək",- deyə Malta təmsilçisi mətbuat konfransında çıxışı zamanı bildirib.

K.Karella mətbuat konfransında həm də jurnalistlər üçün rəqs də edib.

Qeyd edək ki, Malta təmsilçisi "Bakı Kristal Zal"ına mayın 26-sı ikinci yarımfinalda "This is the night" mahnısı ilə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə