Suğra Bağırzadənin fərdi sərgisi təşkil edilib - FOTO

Suğra Bağırzadənin fərdi sərgisi təşkil edilib - FOTO

\"Baku Creative Center\" yaradıcılıq mərkəzi "Gül bayramı" münasibətilə məşhur florist Suğra Bağırzadənin fərdi sərgisini təşkil edib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, sərgini giriş sözü ilə açan mərkəzin rəhbəri Emin Yasinov Suğra Bağırzadə yaradıcılığını yüksək qiymətləndirərək əl işlərinin xüsusi zövq oxşadığını vurğulayıb: "Qeyd etmək yerinə düşərdi ki, Gül bayramı münasibətiylə təşkil etmək istədiyimiz sərgi seçimi əlbəttə ki, Suğra Bağırova olmalıdır".

Suğra Bağırzadə də öz növbəsində fərdi sərgisinin təşkilindən böyük məmnunluğunu ifadə edib və göstərdiyi dəstəyə görə "Baku Creative Center"ə təşəkkürünü bildirib: " İlk sərgimdir ki, bu qədər rahat, sevincli və xoşbəxtəm çünki bu sərgi üçün o qədər də əziyyət çəkmədim hər şeyi bu istedadlı gənclər etdi".

Tədbirdə iştirak edən qonaqlardan Fəxriyyə Xələfəva öz çıxışda Suğra Bağırovanın əl işlərini çox bəyəndiyini bildirib və yaradıcılıq uğurları arzulayıb.



Bütün xəbərlər Facebook səhifəmizdə