Qaytana Bakıya velosipedini də gətirəcək

Ukraynanın \"Eurovision 2012\"dəki təmsilçisi Qaytana Bakıda olduğu iki həftə müddətində şəhərimizi doyunca gəzmək arzusundadır. SİA-nın məlumatına görə, o, velosipedini də Bakıya gətirməyi planlaşdırıb.


Qaytana velosipedlə ilk turunu da müəyyən edib. O, qaldığı mehmanxanadan \"Bakı Kristal Zalı\"na qədər məsafəni velosipedlə qət etməyi düşünür. \"Əminəm ki, bu unudulmaz səyahət olacaq\" - deyə Qaytana bildirib.


Havalar istiləşən kimi velosipedi ilə doyunca gəzdiyini deyən təmsilçi: \"Məncə Bakının bütün görməli məkanlarını tanımaq üçün bundan daha uyğun nəqliyyat vasitəsi çətin ki, tapılsın. Hazırda mən Bakıda baş çəkəcəyim yerləri planlaşdırıram. Artıq bu şəhəri tanımağa can atıram. Avtomobildə bunları yaxından görmək mümkün olmur\",- əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə