\"Eurovision 2012\"yə hazırlaşan Can Bonomo yeni klip çəkdirib

Türkiyənin 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Can Bonomo tanıtım turlarını davam etdirməklə yanaşı, yeni klip də çəkdirib. SİA-nın məlumatına görə, bu günlərdə klipi çəkilən mahnı \"Əli baba\" adlanır.


Canın konsertini izləyən tamaşaçılar onun aktyor Sadri Alışıkın pərəstişkarı olduğunu biliblər. Can Bonomo bu sevgidən irəli gələrək Sadri Alışıkın da rol aldığı \"Əli Baba və Qırx quldur\" adlı filmin musiqisini yenidən ifa edərək klip çəkdirib. Müğənni yeni mahnısı və klipini Bakı səfəri ərəfəsində təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə