Ermənistan “Eurovision-2012”-dən imtina etdiyi üçün cəzalandırıldı
Ermənistan bu il Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak etməkdən imtina etdiyi üçün cəzalandırılıb. Bu qərarı isə Avropa Yayım Birliyi (AYB) verib. SİA-nın məlumatına görə, bu barədə İTAR-TASS agentliynə qurumun Cenevrədə yerləşən KİV-lə iş şöbəsinin rəhbəri Annika Niberq-Frankenxauzer bildirib.
Annika Niberq-Frankenxauzerin sözlərinə görə, bu qərar AYB Televiziya komitəsi və referent qrupu tərəfindən işin öyrənilməsindən sonra verilib. Qərara əsasən Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin cərimə kimi həmin məbləğin 50 faizini ödəməlidir.
Bununla yanaşı Ermənistan İctimai Televiziyası müsabiqənin finalını "əvvəldən axıra və fasiləsiz" yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək "Eurovision" yarışmasında iştirak hüququndan məhrum olacaq.
Niberq-Frankenxauzer bildirib ki, qərar qəbul edilərkən Ermənistanın Bakıya müğənni göndərməməsi üçün gətirdiyi səbəblər nəzərə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB