Hulusi Kılıc: \"Eurovision- 2012\"yə hazırlıq yüksək səviyyədə gedir\" - AÇIQLAMA

Hulusi Kılıc: \"Eurovision- 2012\"yə hazırlıq yüksək səviyyədə gedir\" - AÇIQLAMA

\"Azərbaycanın "Eurovision- 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi qürurvericidir. Bura bizim ikinci vətənimizdir. Təbii ki, bu yarışmanın ikinci vətənimizdə keçirilməsi də türk xalqını xoşbəxt edir. İnşallah bundan sonra da Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi edər\". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

Onun sözlərinə görə, müsabiqəyə hazırlıq yüksək səviyyədə gedir: \"Xüsusilə də "Eurovision- 2012" mahnı müsabiqəsinin Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın bu müsabiqəyə diqqət ayırması işləri daha sürətləndirir. Düşünürəm ki, müsabiqə Azərbaycanı dünya ölkələrinə tanıtmaq üçün yaxşı vasitə olacaq. Burada həmçinin musiqi mədəniyyətimizi, qonaqpərvərliyimizi nümayiş etdirəcəyik. Bu müsabiqə Azərbaycan üçün sınaqdır. İnanıram ki, ölkəniz bu sınağın öhdəsindən layiqincə gələ biləcək. Burada əməyi keçən hər bir kəsi təbrik edirəm\".

\"Azərbaycanın təkrar qələbə qazanmasını istəyərdim. Buna çox sevinirəm. Qardaş ölkə qalib gəlməsə də Türkiyə qələbə qazana bilər. Ancaq yenə də mənim üçün heç bir fərqi yoxdur. Çünki hər iki ölkə türk dövlətidir. Səfir olaraq bu mövzuda tərəfsizəm\",- deyə H.Kılıc əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə