İsrailin Avropa Yayımları Birliyinə üzvlüyünün 40 illiyi keçirilib

Qüdsdə İsrailin Eurovision Mahnı Müsabiqəsi üzrə milli yayımçısı \"İBA\" telekanalının Avropa Yayımları Birliyinə (EBU) üzvlüyünün 40 illiyinə həsr olunan xüsusi konsert keçirilib. SİA-nın bu ilki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir Qüds Teatrında olub. Xatırladaq ki, Eurovision Mahnı Müsabiqəsi 1998-ci ildə məhz bu məkanda keçirilmişdi.


Tədbir Eurovision Mahnı Müsabiqəsinin himninin səsləndirilməsi ilə başlayıb. Yubiley tədbirində ölkənin opera müğənniləri, həmçinin İsrailin müxtəlif illərdəki Eurovision təmsilçiləri - Ilanit (1973), Izhar Cohen (1978), Dana International (1998, 2011) çıxış edib. Müxtəlif illərdə İsraili bu müsabiqədə təmsil edən iştirakçılar Eurovision səhnəsində ifa olunan mahnıları səsləndiriblər. Konsertdə Eurovision mahnıları ölkənin vokalçılarının ifasında klassik üslubda səslənib. Təbdirin sonunda bütün iştirakçılar \"Halleljah of Galy Atary\" mahnısını birgə ifa ediblər.


Qeyd edək ki, İsrail Eurovision Mahnı Müsabiqəsində 40 il təmsilçiliyi ərzində üç dəfə qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə