“Avrupa Avrupa” teleserialının qəhrəmanları Bakını çox seviblər

Türkiyənin TRT kanalında yayımlanan "Avrupa Avrupa" teleserialının çəkiliş qrupu bu gün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan və Türkiyə əlaqələrinin inkişaf etdirilməsində bu kimi addımların atılmasını yüksək qiymətləndirmək lazımdır: \"Azərbaycan və Türkiyə hər sahədə olduğu kimi, kinematoqrafiya sahəsində də əməkdaşlığı müxtəlif layihələrlə davam etdirir. Azərbaycanda türk seriallarının yayımının dayandırılmasına toxunan səfir bildirib ki, türk filmi elə Azərbaycan filmi deməkdir. Mən bunlar arasında ayrıseçkilik edilməsinə razı deyiləm".

Filmin rejissoru Banu Akdəniz isə Bakıda özlərini rahat hiss etdiklərini və çəkilişlərin uğurlu alındığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqı çox vətənpərvərdir: \"Burada özümüzü sanki evimizdəydik kimi hiss etdik. Buna görə də hamınıza minnətdarıq. Teleserialın 32-ci bölümünün bir hissəsi burada çəkilib. İnanrıq ki, Azərbaycanla əlaqələrimiz bundan sonra da davam edəcək. Səfirlə görüşüb baş tuta biləcək layihələr haqqında müzakirə də aparacağıq\".

Məlumat üçün bildirək ki, çəkilişlər Türk Şəhidliyi, İçərişəhər, Nizami parkı, Sahil bağı və Park Bulvarda aparılıb.

Qeyd edək ki, tədbirdə teleserialın prodüsseri Banu Akdeniz, rejissoru Şafak Bal olan teleserialda çəkilən məşhur aktyorlar Tarık Ünlüoğlu, Durul Bazan, Selen Seyven, Şehsuvar Aktaş, Kadir Çöpdemir, Burak Serdar Şanal, eyni zamanda azərbaycanlı sənətçi Aslan Şirin və türkiyəli teatr aktyoru Rasim Aşın media nümayəndələrinin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə