Hüseyn Cavidin Ev Muzeyinin direktoru “Humay” Milli Mükafatı ilə təltif edilib- FOTO
Mədəniyyət və Turizm Nazirliyi, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti, "Humay" Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə "Humay" mükafatının XXII təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Humay" mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim edilir. Mükafat komissiyası təqdim olunan əsərlərin tarixi, elmi əhəmiyyətini ölkə həyatı üçün xüsusi rolunu nəzərə alır. Mükafat müxtəlif nominasiyalar üzrə təqdim edilir.
Bu il Elm nominasiyası üzrə "Humay" mükafatı AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlıya təqdim edilib. Gülbəniz Babaxanlı bu mükafata "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyinə görə layiq görülüb. Laureatlar Humay Milli Akademiyası üzvləri tərəfindən elan olunub. Gülbəniz Babaxanlıya məxsus mükafatı və diplomu Humay Milli Akademiyasının üzvü, xalq yazıçısı Çingiz Abdullayev təqdim edib.
Qeyd edək ki, "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" 10 cildliyi Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 112s saylı sərəncamı ilə nəşr olunmuşdur. Layihənin müəllifi və tərtibçisi Gülbəniz Babaxanlıdır. Bu fundamental nəşrin redaksiya heyətini Mahmud Kərimov (sədr), Gülbəniz Babaxanlı, Aybəniz Əliyeva, Teymur Kərimli, Məhərrəm Qasımlı, Fəridə Quliyeva təşkil edir.
Çoxcildliyə 1938-41-ci illərdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor materialları və Ərtoğrol Cavidin həmin materialları tədqiq edərək yazdığı elmi rəylər, məqalələr daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB