Səbinə Babayeva Belçikanın “Eurovision-2012” təmsilçisi ilə görüşüb - FOTOSESSİYA
Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Belçikanın builki iştirakçısı İrislə görüşüb. SİA-nın məlumatına görə, Səbinə Babayevanın Belçikaya səfərinin məqsədi İrisin yeni albomunun təqdimatına dəvət olunmasıdır. Sözügedən tədbirə qatılan təmsilçimiz İrislə də məhz bu mərasimdə görüşüb.
Səbinə və İris Amsterdamda keçmiş istirahət günlərində "Eurovision in Concert" şousu vaxtı tanış olublar. Səbinə üçün xoş sürpriz olub ki, ona çıxışdan sonra İrisin anası yaxınlaşıb. O bildirib ki, ifaçımızın mahnısı və səsi onun çox xoşuna gəlib.
Çıxışdan sonra Səbinə Belçikanın aparıcı KİV-ləri ilə görüşüb və onlara müsahibə verib. Mətbuat vasitələri arasında Voor de Show şou-biznes teleşousu, Daq Allemaal-ın ən çox oxunan Belçika jurnalı, üç belçika qəzeti (Het Laatste Nieuws, Het Nieuwsblad və Het Belang van Limburg), ulduzlarının həyatı haqqında veb-portal Mediawatchers.be, Belçikanın Eurovision resursu Eurosong.be, MENT television telekanalı, TV Limberg telekanalında Studio TVL proqramı və başqaları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB