İngiltərə təmsilçisi: \"Rəqiblərimin mahnılarını müsabiqəyə bir həftə qalmış dinləyəcəyəm\"

İngiltərə təmsilçisi: \"Rəqiblərimin mahnılarını müsabiqəyə bir həftə qalmış dinləyəcəyəm\"
Dünya musiqisinin əfsanəsi, Böyük Britaniyanın \"Eurovision 2012\"dəki təmsilçisi Engelbert Hamperdink Bakı səhnəsində keyfiyyətli musiqinin təbliğinə önəm verəcəyini bildirib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Engelbert Hamperdink müsabiqədəki rəqiblərinin mahnılarını dinləməyə vaxtı olmadığını deyib. \"Hələlik bütün fikrimi öz mahnım üzərində cəmləmişəm, rəqibərimi isə müsabiqəyə bir həftə qalmış dinləyəcəyəm\".


\"Əgər sənin keyfiyyətli məhsulun, ürəkləri fəth edən mahnın varsa, tamaşaçılar da sənə səs verəcək\" - deyən Engelbert Hamperdink dünya üzrə 120 fan klubun olmasından qürur duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə