\"Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı xaker hücumuna məruz qalıb
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv xaker hücumuna məruz qalıb. SİA-nın məlumatına görə, artıq bir neçə müddətdir ki sayta giriş mümkün deyil. Hazırda probleminin həllinə çalışılır. Bu problem eyni ilə "Eurovision" mahnı müsabiqəsi ilə bağlı olan digər saytda – "esckaz.com"da da qeydə alınıb.
Saytla bağlı rəsmilərin verdiyi məlumata görə, serverlərin fəaliyyətində bəzi çatışmazlıqlar var. Bu problem müdaxilə cəhdləri ilə bağlıdır. Texniki heyət bu problemi aradan qaldırmaq və eyni hadisələrin gələcəkdə baş verməməsi üçün çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB