Lorin Eurovision mahnısını canlı ifa edib

Lorin Eurovision mahnısını canlı ifa edib
\"Eurovision- 2012\"nin favoritlərindən olan Lorin \"Finlandiyanın səsi\" yarışmasında fəxri qonaq qismində iştirak edib. SİA-nın bu ilki mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lorin müsabiqənin qalibini seçməklə yanaşı müsabiqədəki \"Euphoria\" mahnısını da kvartetin müşaiyətilə canlı səsləndirib. Səfər İsveç təmsilçisinin tanıtım turu çərçivəsində baş tutub.


Məlumat üçün bildirək ki, Lorinin müsabiqə mahnısı Finlandiyanın musiqi çartlarında zirvədədir. Müğənninin növbəti səfəri isə Norveçə planlaşdırılır.


Qeyd edək ki, Lorin İsveçdə \"Mebbisqalan 2012\" xüsusi internet mükafatını qazanıb. Onun \"Bakı Kristal Zalı\"nın səhnəsində ifa edəcəyi \"Euphoria\"sı izləyicilərin rəyi ilə \"İlin mahnısı\" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə