Azərbaycanlı pianoçu Parisdə beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı pianoçu Parisdə beynəlxalq müsabiqənin qalibi olub

9 yaşlı pianoçumuz Zuleyxa Abdullayeva 16-22 aprel 2012-ci ildə Fransanın paytaxti Parisdə keçirilən Nikolay Rubenşteyn adına XI beynəlxalq piano musiqi müsabiqəsində öz kateqoriyasında birinci yeri qazanaraq Azərbaycanı layiqincə təmsil edib. SİA-nın məlumatına görə, beynəlxalq müsabiqədə 25 ölkənin, o cümlədən Fransanın, Rusiyanın, Almaniyanın, Gürcüstanın, Bosniyanın, Ukrainanın, Özbəkistanın, Türkiyənın, Polşanın, Sloveniyanın nümayəndələri iştirak edib.

Z.Abdullayeva müsabiqədə K.A.Debüssinin " 2 Arabeski", P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S.Baxın " 2 səsli invensiya " və Çerninın "Etyud" əsərlərini ifa edib.

Zuleyxa Abdullayeva Bakı şəhərində yerləşən Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasının 4-cü sinfində oxuyur və bu onun beynəlxalq müsabiqələrdə ikinci böyük uğurudur.

Qeyd edək ki, Z.Abdullayeva 2011-ci ilin iyun ayında İtaliyada keçirilən PIETRO ARGENTO adına 14-cü beynəlxalq musiqi müsabiqəsində də müvəffəqiyyətlə çıxış edərək birincilik kubokuna layiq görülüb və müsabiqənin stipendiantı olub.



Bütün xəbərlər Facebook səhifəmizdə