\"Mandinga\" qrupu rəqs hazırlıqlarına başlayıb- VİDEO

\"Mandinga\" qrupu rəqs hazırlıqlarına başlayıb- VİDEO

Rumıniyanı Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsində təmsil edəcək \"Mandinga\" qrupu ifa edəcəkləri mahnıya uyğun rəqs nömrəsi üzərində çalışırlar. SİA-nın məlumatına görə, ritmik mahnı olan \"Zaleilah\" üçün ifaçıdan əlavə 6 rəqqas onu müşayiət edəcək.


Qeyd edək ki, \"Mandinga\" qrupu 2002-ci ildən fəaliyyət göstərir. Tərkibi 10 musiqiçidən ibarətdir. Qrupun bu vaxtadək 4 musiqi albomu buraxılıb. \"Mandinga\" Eurovision 2012 şousunda Rumıniyanı ispan və ingilis dili, Latın Amerikası ritmlərində yazılan \"Zaleilah\" mahnısı ilə təmsil edəcək. Rumıniya I yarımfinalda çıxış edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə