Emosional və həyəcanlı şəkildə Eurovision şousundakı çıxışına hazırlaşan Qaytana pərəstişkarlarına bəzi səhnə sirrlərini açıqlayıb. SİA-nın məlumatına görə, Ukraynanı Eurovision 2012 şousunda təmsil edəcək müğənni artıq səhnədəki yaradıcı heyətin 80 %-nin məlum olduğunu bildirib. Müğənni 1 həftədən sonra məşqlərə başlayacaq. Müsabiqədəki \"Be My Guest\" adlı mahnısının rəsmi videosu isə aprelin sonunda hazır olacaq. Pozitiv və şən məqamlarla dolu klip 3 gün müddətində Kiyevdə çəkiləcək. Səhnə libasına gəldikdə isə, Qaytana əsas bəzək elementinin başına taxacağı çələng olacağını söyləyib.
O, şou iştirakçıları və rəqibləri arasında ən çox Rusiyanın \"Buranovskiye babuşki\" ansamblının çıxışını izləmək arzusundadır. Çünki Qaytana nənəsini onlara bənzədir. Konqo əsilli Ukrayna təmsilçisi nənəsinin akkardeon çaldığını və gözəl səsi olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB