Mədəniyyət və turizm nazirinin müavini İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyantonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən məlumata görə, S. Məmmədəliyeva ölkəmizdə İndoneziya səfirliyinin açılmasından çox məmnun olduğunu və səfirliyin ölkələr arasında əməkdaşlığın daha da inkişafına zəmin yaradacağını vurğulayıb.
Görüş çərçivəsində iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və onların gələcək perspektivləri barədə müzakirələr aparılıb. Mədəniyyət sahəsində əməkdaşlığın inkişafı məqsədilə ölkələr arasında ikitərəfli əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində işlər aparıldığı, Azərbaycana səfər edən İndoneziyalı turistlərin sayının ildən ilə artması diqqətə çatdırılıb. Bununla yanaşı, 2013-cü ilin iyun ayında Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi barədə nümayəndə heyətinə məlumat verilib.
İndoneziyanın səfiri öz növbəsində ölkəsinin əsrlərə söykənən mədəniyyəti və incəsənəti, xüsusilə dünyada tanınan, UNESCO-nun bəşəriyyətin şah əsərləri siyahısına daxil edilən batik tətbiqi sənəti haqda məlumat verilib. S. Məmmədəliyeva iki ölkənin incəsənət sahəsində ortaq nöqtələrinin olduğunu bildirib, əsasən də kəlağayı sənətinin tarixi və hazırlanma prosesi barəsində fikirlərini səfirlə bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB