Qənirə Paşayeva: “Dünyada insanı ən çox zənginləşdirən elə kitabdır”

Qənirə Paşayeva: “Dünyada insanı ən çox zənginləşdirən elə kitabdır”

Bu gün \"Əli və Nino\" kitab evində millət vəkili, yazıçı Qənirə Paşayevanın oxucuları ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, Qənirə xanım "Onun sevgi məktubları" adlı kitabının imza gününü keçirib.

Tədbirdə \"Əli və Nino\" kitab evinin rəhbəri Nigar Köçərli də var idi. Elə mərasimi açıq élan edən Nigar sözü Qənirə Paşayevaya verdi. Millət vəkili onunla görüşə gələn oxucularını salamladı, hər kəsi bir daha kitab oxumağa çağırdı: "Azərbaycanda kitab evləri çoxaldıqca, mən sevinirəm. Çünki oxucuların sayı da artır, kitaba maraq çoxalır. Mənim ən böyük istəyim də kitabları təbliğ etməkdir. Dünyada insanı ən çox zənginləşdirən elə kitabdır", - deyə Q.Paşayeva bildirib.

Tədbir sona qədər "Onun sevgi məktubları" kitabının imzalaması ilə davam edib.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə