Azərbaycan Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub - FOTO

Azərbaycan Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub - FOTO

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və sənətşünaslıq doktoru Məryəm Əlizadə Polşada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konqresdə Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.


Qurumun yeni yaranan Azərbaycan şöbəsinə rəhbərlik etmək üçün professor Məryəm Əlizadənin üzvlüyü təsdiqlənib. Konqres çərçivəsində Azərbaycan teatrşünaslarından ibarət nümayəndə heyəti Polşanın teatr məkanı ilə daha yaxından tanış olub, bir sıra mühüm görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə