Fransa təmsilçisi \"Eurovision 2012\" mahnısını duet oxuyacaq

Fransa təmsilçisi \"Eurovision 2012\" mahnısını duet oxuyacaq

Fransa təmsilçisi Anqun (Anggun) \"Eurovision 2012\" mahnısı olan \"Echo (You and I)\"nu duet şəklində oxuyub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, ifaçının duet ortağı Danimarkanın \"Eurovision 2009\" təmsilçisi Nils Brinkdir.


Bundan əvvəl Anqun müsabiqə mahnısını macar müğənnisi Viktor Varga ilə də oxuyub. Macar müğənnisi ilə olan bu ifanın adı \"Visszhang (You and I)\" adlanır. Gələcək planlarına gəlincə, Fransa təmsilçisi bu mahnını maltalı müğənni Claudia Faniello ilə duet oxumaq niyyətindədir.


Qeyd edək ki, 57-ci Eurovision Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Anqunun Paris, London və Amsterdamda çıxışı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə