Daha bir bədii film hazırdır- FOTOSESSİYA

Daha bir bədii film hazırdır- FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Çölçü" bədii filmi artıq hazırdır. SİA-nın məlumatına görə, bu ilə təhvil verilməsi nəzərdə tutulan tammetrajlı ekran əsərlərindən biri - "Çölçü"nün çəkilişlərinə keçən ildən başlanılıb.


Filmin hazır nüsxələri Rusiyanın M.Qorki adına kinostudiyasında yüksək keyfiyyətlə "Dolby Digital" səs sisteminə çevrildikdən sonra təhvil alınıb. Filmin premyerası yay aylarına planlaşdırılır. Film beynəlxalq festivallara da göndəriləcək.


"Çölçü" bədii filmi mövzu və ideya baxımından fərqli ekran əsəridir. İnsan amilinin əsas götürüldüyü bu fəlsəfi dramın ssenari müəllifi Vidadi Həsənov, quruluşçu rejissoru Şamil Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, geyim üzrə rəssamı Aygün Əliyeva, bəstəkarı Rauf Əliyev, prodüseri Müşfiq Hətəmov, icraçı direktoru Azər Quliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli və digərləri çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə