“Türkiyəni Bakıda Can Bonomo təmsil etməyəcək” xəbəri yalan çıxdı
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Can Bonomonun builki müsabiqədə iştirak etməməsi barədə yayılan xəbərlər yalan çıxdı. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, TRT Musiqi Kanalının koodinatoru və Türkiyənin "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri İsmayıl Güngör bildirib ki, Bonomonun "Eurovision"-dan uzaqlaşdırılmasından heç bir söhbət gedə bilməz: "Belə bir şey olsaydı ilk öncə mənim xəbərim olardı".
Can Bonomonun meneceri və əlaqələndiricisi Ece Çelebioğlu yayılan xəbərlərin heç bir əsasının olmadığını bildirib. O, qeyd edib ki, məlumat bir bloq səhifəsində yayılıb və heç bir halda öz təsdiqini tapmayıb
Qeyd edək ki, Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində Türkiyəni təmsil edən Can Bonomonun müsabiqəyə qatılmayacağı bildirilirdi. Müsabiqədən Can Bonomonun özünün imtinası ilə deyil, hətta çıxarıldığı bildirilib. Yayılan məlumatlarda deyilir ki, Can Bonomonun yaxın ətrafı bu qərarın onun özü tərəfindən deyil, rəsmi qurumlar tərəfindən verildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB