Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin xeyriyyə konserti keçirilib
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Tofiq Quliyev adına 12 saylı 11 illik uşaq musiqi məktəbinin xeyriyyə konsert proqramı təşkil olunub. SİA-nın məlumatına görə, musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxışında bildirib ki, bugünkü konsert proqramı Novruz bayramına həsr olunub: "Sevindirici haldır ki, konsertimiz məhz bayram günlərinə təsadüf edib. İnanıram ki, tədbir iştirakçıları konsertdən xoş əhval ruhiyyə ilə ayrılacaqlar. Bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirirəm və bundan sonra da davamlı şəkildə olacaq".
Geniş proqramla çıxış ediblər. Bununla yanaşı, proqramda musiqi məktəbinin kiçik xorunun ifasında bayrama həsr olunan opera hazırlanıb. Məktəbin xalq çalğı alətlərinin ifasında istər xalq, istərsə də bəstəkar mahnıları səslənib.
Tədbirdə həmçinin Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib
Qeyd edək ki, tədbir Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB