\"Bu mahnı Səbinəyə çox yaraşır!\"

\"Bu mahnı Səbinəyə çox yaraşır!\"
Keçən il Azərbaycana birincilik qazandıran Eldar Qasımov eurovision.az saytı vasitəsi ilə ölkəmizin bu ilki təmsilçisi Səbinə Babayevaya arzularını çatdırıb. SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, qaliblərindən olan Eldar Qasımov Səbinə Babayevanın müsabiqədəki \"When the music dies\" mahnısına ilk qulaq asanlardan olub.


\"Bu mahnı sənə çox yaraşır\" deyən Eldar Qasımov təmsilçimizə uğurlar və bütün Avropanın sevgisini arzulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə