Mənsum İbrahimov: “Ermənistan “Eurovision- 2012”ə qatılmamaqla öz imicinə zərbə vurdu\"
"Eurovision- 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin Avropada tanıdılması baxımından çox böyük hadisədir. SİA-nın məlumatına görə, bunu xalq artisti Mənsum İbrahimov müsabiqənin Azərbaycan mədəniyyətinə qazandıracağı uğurlara münasibətində bildirib.
Onun sözlərinə müsabiqənin ölkəmizdə keçirilməsi istər turizmin, mədəniyyətimizin, şəhərimizin, istərsə də tariximizin tanınması baxımından əvəzsiz rol oynayacaq: "Bəzi yerlər var ki hələ də ora haqqında insanların məlumatı yoxdur, ancaq bu mötəbər yarışma vasitəsi ilə bunun da öhdəsindən layiqincə gələcəyik\".
"Eurovision- 2012"yə hazırlığı yüksək qiymətləndirən M. İbrahimov vurğulayıb ki, yarışmanın vaxtına qədər hər şey hazır olacaq: "Burada hər bir kəs öz dövlətini təmsil edəcək və inanıram ki, Azərbaycan təmsilçisi Səbinə Babayeva da əlindən gələni edəcək".
Xalq artisti Ermənistanın müsabiqədən rəsmi şəkildə imtina etməsinə belə cavab verdi: "Ermənilər yarışmaya qatılmamaqla öz imiclərinə zərbə vurdular. Bizə heç nə etmədilər. Onlar bu hərəkətləri ilə öz mədəniyyətlərinə zərbə vurdular. Ermənistan bu addımla qeyri- ciddi dövlət olduqlarını bir daha sübut etmiş oldu. Onu da qeyd edim ki, onların müsabiqədə iştirak etməmələri bizim qələbəmizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB