Portuqaliya və Rumıniya \"Eurovision- 2012\" təmsilçisini seçib- FOTO

Portuqaliya və Rumıniya \"Eurovision- 2012\" təmsilçisini seçib- FOTO

Portuqaliya \"Eurovision 2012\" üçün təmsilçisini seçib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəni müsabiqədə Filipa Sousa adlı müğənni təmsil etmək şansı qazanıb. Paytaxt Lissabonda ölkənin Eurovision 2012 təmsilçisini seçmək üçün Milli Final keçirilib. Finalın nəticələrinə əsasən, müsabiqədə bu ölkə adından Filipa Sousa "Vida Minha" ("Mənim həyatım") adlı mahnı ilə çıxış edəcək.


Ümumilikdə, müsabiqədə iştirak etmək üçün 400 nəfər müraciət etmişdi. Onlardan 12-si finala keçib. Müsabiqənin maraqlı tərəflərindən biri isə o idi ki, bütün mahnılar fado üslubunda ifa olunurdu. Qeyd edək ki, Portuqaliyanın milli musiqisi sayılan fado bu il UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.


Qalib mahnının müəllifi əslən Xorvatiyalı Andrey Babiçdir. Məhz bu müəllif 2008-ci ölkənin Eurovision təmsilçisi Vania Fernandeşə fado üslubunda mahnı yazıb. Bundan əlavə, A.Babiç iki dəfə Sloveniya, bir dəfə Xorvatiya, eləcə də Bosniya və Herseqovinanın Eurovision təmsilçisi üçün mahnı yazıb.


Daha bir ölkə müsabiqə üçün təmsilçisini seçib. Rumıniyanın Milli Finalında 15 iştirakçı mübarizə aparıb. Nəticədə Mandinga bu ölkənin müsabiqədəki təmsilçisi seçilib. Mandinga Bakıda "Zaleilah" adlı mahnıyla çıxış edəcək. Mahnı ispan və ingilis dilində ifa olunacaq. Finalın xüsusi qonaqları qismində Fransa və İrlandiyanın builki təmsilçiləri çıxış ediblər.


Qeyd edək ki, Rumıniya "Bakı Kristal Zalı"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda finala keçmək uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə